Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
dünən 13:01Yuxarı Lars yolu yenə bağlanır
05 Avqust 2024 16:16 | Baxış sayı: 339
Yuxarı Lars beynəlxalq buraxılış məntəqəsi vasitəsilə Gürcüstandan Rusiyaya gedən yol bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti bağlanacaq.
Bu barədə Rusiyanın Ermənistandakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan məlumat verib.
Bildirilib ki, Gürcüstan tərəfində aparılan texniki işlərlə əlaqədar gömrük-keçid məntəqəsi avqustun 6-sı saat 01:00-dan 10:00-a kimi bağlı olacaq.
İşlər başa çatdıqdan sonra Gürcüstan tərəfdəki keçid məntəqəsi bərpa olunacaq.
Xatırladaq ki, Yuxarı Larsdan keçən yol hazırda Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yoludur.