20 Aprel 2025
"Youtube"dan BU ŞƏXSLƏRİ sevindirəcək YENİLİK

"Youtube"dan BU ŞƏXSLƏRİ sevindirəcək YENİLİK

"Youtube"dan BU ŞƏXSLƏRİ sevindirəcək YENİLİK

22 Avqust 2024 08:08 | Baxış sayı: 320

"Google" oğurlanmış "Youtube" kanallarını geri qaytarmaq üçün yeni bir vasitə yaradıb.

AJMEDİA.İNFO xarici mediaya istinadən xəbər verir ki, yenilik sayəsində oğurlanan hesabları geri qaytarmaq asanlaşacaq. "Google" bu yeni funksiyada süni intellektdən istifadə edib və hesabı geri qaytarma prosesini avtomatikləşdirib.

Hesabının oğurlandığını düşünənlər bir neçə suala ardıcıllıqla cavab verərək hesabı təhlükəsiz hala gətirə biləcəklər. Yeni alət "Youtube Yardım Mərkəzi"ndə yer alacaq. Hazırda sadəcə ingiliscə olan alət yaxın zamanda bütün istifadəçilər üçün aktivləşdiriləcək.