20 Aprel 2025
"YouTube"da çoxdan gözlənilən YENİLİK - Artıq...

"YouTube"da çoxdan gözlənilən YENİLİK - Artıq...

"YouTube"da çoxdan gözlənilən YENİLİK - Artıq...

04 Oktyabr 2024 10:14 | Baxış sayı: 316

"YouTube" video platforması öz rəsmi bloquna görə "Shorts" adlandırılan qısa videoçarxlarının maksimum uzunluğunu üç dəqiqəyə qədər artıracaq.


AJMEDİA.İNFO xəbər verir ki, bu barədə TASS məlumat yayıb.


"Oktyabrın 15-dən etibarən siz üç dəqiqəyə qədər "Shorts" yükləyə biləcəksiniz", - məlumatda bildirilir.


"YouTube"un məlumatına görə, şirkət qısa videoçarxların uzunluğunu artırmaq qərarına gəlib, çünki bu, məzmun yaradıcılarına edilən ən çox müraciət olub. Bununla belə, dəyişikliklər oktyabrın 15-dən əvvəl platformaya yüklənmiş videolara aid edilmir.


Digər bir yenilik portalın əsas lentində "Shorts"ların sayını azaltmaq imkanı olacaq.