18 May 2025
Yeni Kaledoniyada 7,4 bal gücündə zəlzələ olub

Yeni Kaledoniyada 7,4 bal gücündə zəlzələ olub

Yeni Kaledoniyada 7,4 bal gücündə zəlzələ olub

20 May 2023 06:10 | Baxış sayı: 554

Sakit Okeanda Yeni Kaledoniya sahillərində (Fransa ərazisi) 7,4 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanların episentri 94 mindən çox insanın yaşadığı Yeni Kaledoniyanın inzibati mərkəzi Noumea şəhərindən 416 kilometr cənub-şərqdə, ocağı isə 45 kilometr dərinlikdə yeləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.