SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlYəməndə izdihamda 80-ə yaxın insan həlak olub
20 Aprel 2023 00:08 | Baxış sayı: 541
Yəmənin paytaxtı Sənada basabasda azı 78 nəfər ölüb, onlarla insan yaralanıb.
Bu barədə husilərin nəzarəti altında olan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə Sənanın mərkəzindəki Köhnə şəhərdə yüzlərlə yoxsul sahibkarların təşkil etdiyi tədbirə toplaşarkən baş verib.
Qeyd olunub ki, husilər kütləni nəzarət altına almaq üçün havaya atəş açıblar. Lakin atəş elektrik xətlərinə tuş gəldiyinə görə partlamaya yol açıb. Bu isə insanlar arasında təlaşa səbəb olub.