SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəl“Ya Putinin özü olmalıdır, ya da...” – Kremldən növbəti prezidentlə bağlı AÇIQLAMA
17 Noyabr 2023 13:00 | Baxış sayı: 466
Kremldən növbəti Rusiya prezidenti ilə bağlı açıqlama gəlib.
AJMEDİA.İNFO bildirir ki, bu barədə Rusiya prezidentinin mətbaut katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırıb. O, bildirib ki, yeni ölkə başçısı Putinə bənzəməlidir.
"Ya bu, özü olmalıdır. Ya da fərqli şəxs, amma Putinlə eyni xarakterdə...”, - deyə Peskov söyləyib.
Qeyd edək ki, ötən ay Rusiya Federasiyasının prezidenti vəzifəsinə ilk namizəd bəlli olub. Qeyd edilib ki, Moskva vilayətinin deputatı Boris Nadejdin gələn il “Vətəndaş təşəbbüsü” partiyasından prezidentliyə namizədliyini irəli sürəcək. Rusiyada prezident seçkiləri 2024-cü ilin martına təyin edilib.(Sfera.az)