19 Aprel 2025
“WhatsApp”dan fəal istifadə edənləri sevindirəcək xəbər - Mesajlar sıfırlanacaq

“WhatsApp”dan fəal istifadə edənləri sevindirəcək xəbər - Mesajlar sıfırlanacaq

“WhatsApp”dan fəal istifadə edənləri sevindirəcək xəbər - Mesajlar sıfırlanacaq

20 Fevral 2025 17:16 | Baxış sayı: 275

“WhatsApp” çoxlu sayda oxunmamış mesajı olan istifadəçiləri maraqlandıracaq yeni funksiya üzərində işləyir.

AJMEDİA.İNFO xəbər verir ki, istifadəçilər “WhatsApp”dakı bütün mesajlardan xəbər tuta bilməyəndə və ya aktiv olmayanda qruplardan göndərilən mesajlardan xəbər tuta bilməyəndə tətbiqin simvolunda nə qədər mesaj olduğu barədə bildiriş müşahidə olunur. Yeniliyə əsasən istifadəçi “WhatsApp” simvolunun üzərindəki oxunmamış mesajların sayını onları oxumadan silə biləcək. Məlumata görə, yeni funksiya tətbiqin iOS istifadəçilərinin beta versiyasında müşahidə edilib.

İstifadəçilər funksiyanı aktivləşdirdikdə, hər dəfə “WhatsApp”ı açanda proqramın simvolunda müşahidə edilən oxunmamış mesajların sayı sıfırlanacaq.