Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
Cümə axşamı 13:01“WhatsApp”da işimizi asanlaşdıracaq YENİ FUNKSİYA - FOTO
17 Aprel 2024 10:10 | Baxış sayı: 515
"WhatsApp" tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün messencerə üç filtr əlavə ediblər.
AJMEDİA.İNFO-nun məlumatına görə, bu barədə şirkətin bloqunda bildirilib.
Tərtibatçıların fikrincə, yenilik istifadəçilərə konkret mesaj və ya söhbət tapmağa kömək edəcək.
Belə ki, messencerə üç filtr əlavə edilib: "Hamı", "Oxunmamış" və "Qruplar".
"Hamı" filtrini seçərkən istifadəçi bütün yazışmalarını görəcək.
"Oxunmamış" seçimini etsəniz, cavabsız qalan söhbətlər - oxunmamış mesajlarla söhbətlər və istifadəçi tərəfindən oxunmamış kimi qeyd olunan mesajlar göstəriləcək.
Üçüncü filtr - "Qruplar" icma alt qrupları da daxil olmaqla, bütün qrup yazışmalarını qrup göstərəcək.
Yenilik hazırda inkişaf mərhələsindədir. Yaxın gələcəkdə WhatsApp istifadəçiləri üçün əlçatan olacaq.(baku.ws)