SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəl“Whatsapp”a çoxdan gözlənilən funksiya əlavə edildi
04 Sentyabr 2023 05:45 | Baxış sayı: 662
“WhatsApp”ın Android üçün beta versiyasında “Parametrlər” bölməsinin interfeysi yenilənib və eyni anda bir cihazda bir neçə hesabdan istifadə etmək imkanı əlavə edilib.
Messengerdə meydana çıxan əsas yenilik istifadəçilərə bir cihazda qeydiyyatdan keçməyə və əlavə hesabdan istifadə etməyə imkan verən hesablar arasında keçid funksiyasıdır.
Əvvəllər istifadəçilər “WhatsApp”ı klonlaşdırmaq və ya əlavə hesablar üçün üçüncü tərəf proqramlarını yükləmək məcburiyyətində qalırdılar.
Qeyd olunur ki, istifadəçilər yalnız bir əlavə hesab əlavə edə bilərlər. Ola bilər ki, gələcəkdə hesabların sayı artırılsın.//oxu.az