Donald Trampın şəxsi nümayəndəsi Stiv Uitkoff Moskvadan birbaşa Bakıya uçub
dünən 18:41"Veteran pulu" bu tarixdə artırılacaq
08 Fevral 2025 04:32 | Baxış sayı: 443
"Müavinət və təqaüdlərdə yaxın zamanlarda artım müşahidə olunacaq".
AJMEDIA.INFO xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov ATV kanalında yayımlanan "Xəbərin Olsun" verilişində deyib.
Deputatın sözlərinə görə, növbəti ayın ikinci yarısından Nazirlər Kabineti müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərini dövlət başçısına təqdim edəcək. Bununla da, müavinət və təqaüdlərdə artım olacaq.
Vüqar Bayramovun sözlərinə görə, artımlara müxtəlif növ müavinətlər, o cümlədən "veteran pulu" adlandırılan 80 manat da daxil olacaq.