Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
Cümə axşamı 13:01Ukraynalı qaçqınlar ölkə əhalisinin 5 faizini təşkil edir
18 May 2023 08:17 | Baxış sayı: 475
"Ukraynalı qaçqınlar ölkə əhalisinin 5 faizini təşkil etməyə başlayıb".
Bunu Monteneqronun baş naziri Dritan Abazoviç Avropa Şurasına üzv ölkələrin dövlət və hökumət başçılarının Reykyavikdə keçirilən sammitində bildirib.
“Rusiyaya qarşı sərt sanksiyalara baxmayaraq, bu gün Monteneqroda ukraynalılarla bir yerdə yaşayan müəyyən sayda Rusiya vətəndaşı yaşayır və heç bir problem yoxdur”, - Abazoviç deyib.
Monteneqro Statistika Departamentinin məlumatına görə, 2023-cü ilin may ayına olan məlumata görə, ölkədə 617 213 nəfər yaşayır, əhalinin siyahıyaalınması isə 2023-cü ilin noyabrında aparılmalıdır.