20 Aprel 2025
Ukraynada 77 000-dən çox müharibə cinayəti törədilib

Ukraynada 77 000-dən çox müharibə cinayəti törədilib

Ukraynada 77 000-dən çox müharibə cinayəti törədilib

14 Aprel 2023 12:57 | Baxış sayı: 483

"Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan bəri 77 000-dən çox müharibə cinayəti törədilib".

Bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

Onun sözlərinə görə, bu siyahıya qətllər, işgəncələr, deportasiyalar və s. daxildir: “Xüsusi tribunalın yaradılması savaşın ədalətli başa çatması üçün vacib məqamdır”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.