Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
8 May 2025 13:01Ukrayna Niderlanddan mina əleyhinə gəmilər alacaq
09 İyul 2023 06:50 | Baxış sayı: 502
Ukrayna tezliklə Niderlanddan mina əleyhinə gəmilər alacaq.
Bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov “Rada” telekanalının efirində bildirib.
“Bizim hətta mina əleyhinə gəmilərimiz var. İki mina əleyhinə gəmi Böyük Britaniyada Ukrayna bayraqları altında və Ukrayna ekipajları ilə birlikdədir. Həmçinin tezliklə biz Niderland hökumətindən də alacağıq”, - qurumun rəhbəri vurğulayıb.
Qeyd edək ki, iyulun 5-də Hollandiyanın müdafiə naziri Kaisa Ollenqren ölkəsinin Ukraynaya ümumi məbləği 1,9 milyard avro olan hərbi yardım etdiyini açıqlayıb.