20 Aprel 2025
Ukrayna əks-hücum əməliyyatlarının ikinci mərhələsinə başlayıb

Ukrayna əks-hücum əməliyyatlarının ikinci mərhələsinə başlayıb

Ukrayna əks-hücum əməliyyatlarının ikinci mərhələsinə başlayıb

27 İyun 2023 04:08 | Baxış sayı: 470

Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatlarının ikinci mərhələsinə başlayıb.

Bu barədə Rusiyanın “Biz Rusiya iləyik” hərəkatının sədri Vladimir Roqov bildirib.

O qeyd edib ki, Ukrayna ordusu Zaporojye vilayətinin Haliaipole şəhərinə ehtiyat qüvvələr yerləşdirib.

V.Roqovun sözlərinə görə, Ukrayna ordusunun strateji ehtiyat qüvvələri Zaporojye və Dneprdə cəmləşib.

Onun fikrincə, bu, həm də Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun ikinci mərhələsini göstərə bilər.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələri iyunun 4-dən hücum əməliyyatlarına başlayıb.