SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəl"Twitter"in yeni rəhbərinin təyin edilməsi "Tesla"ya daha çox vaxt ayırmağa imkan verəcək
12 May 2023 23:03 | Baxış sayı: 609
"NBCUniversal"ın keçmiş satış direktoru Linda Yakkarinonun "Twitter"in baş direktoru təyin edilməsi "Tesla"ya daha çox vaxt ayırmağa imkan verəcək.
Bu barədə "Tesla" və "Twitter" şirkətlərinin rəhbəri İlon Mask özünün səhifəsində yazıb.
"Aydındır ki, Lindanın gətirilməsi mənə "Tesla"da daha çox vaxt keçirməyə imkan verəcək, mən bunu edəcəm", - deyə o bildirib.
Mayın 11-də İ.Mask 6 həftə ərzində vəzifəsini tərk edəcəyini açıqlamışdı. Mayın 12-də "The Wall Street Journal" bildirib ki, Yakkarino şirkətin yeni baş direktoru olmaq üçün "Twitter" ilə danışıqlar aparır.