SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlTürkiyənin mövqeyi hər zaman olduğu kimi prinsipial və qətiyyətlidir – Hakan Fidan
22 İyun 2023 13:05 | Baxış sayı: 750
Türkiyənin mövqeyi hər zaman olduğu kimi prinsipial və qətiyyətlidir.
Bu haqda Türkiyənin Xarici İşlər naziri Hakan Fidan "Ukraynanın Bərpası Konfransı"-da çıxışı zamanı deyib.
“Türkiyə Ukraynanın, o cümlədən tatar türklərinin qədim vətəni Krımın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü təmin etməkdə qərarlıdır”, - deyə Hakan Fidan bildirib.
O qeyd edib ki, Ukranyadakı müharibə çərçivəsində Türkiyə taxıl sazişi, hərbi əsirlərin mübadiləsi kimi sahələrdə öz dəstəyini göstərib.
"Müharibə başlayandan bəri türk podratçıları Ukraynada 3,2 milyard dollarlıq 50 layihədə iştirak edib" – deyə Fidan bildirib.
Məlumat üçün qeyd edək ki, beynəlxalq maliyyə institutlarının, iş dünyası nümayəndələrinin və qeyri-hökumət təşkilatlarının da daxil olduğu iki günlük konfransda Ukraynada özəl maliyyəni səfərbər etmək üçün investisiya imkanları və risklərin azaldılması mexanizmləri, eləcə də ölkənin insan kapitalının yaxşılaşdırılmasına investisiyalar müzakirə olunacaq.