SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlTürkiyənin “Hürjet” reaktiv təyyarəsi ilk uçuşunu keçirib
25 Aprel 2023 15:47 | Baxış sayı: 555
Türkiyə istehsalı olan “Hürjet” səsdən sürətli reaktiv təyyarəsi ilk uçuşunu keçirib.
Bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb.
“Yerli və milli ilk pilotlu səsdən sürətli döyüş təyyarəmiz “Hürjet” ilk uçuşunu uğurla həyata keçirdi. Türkiyənin yüz ilinə hədiyyə olsun”, - dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, "Hurjet" Türkiyənin “Hürkuş” təlim-məşq təyyarələrinin reaktiv versiyasıdır. O, 2017-ci ildə Türkiyənin aerokosmik şirkəti TAI (Turkish Aerospace Industries) tərəfindən hazırlanıb. "Hurjet" 13,7 min metrə qədər yüksəklikdə uçacaq və üç min kq-a qədər faydalı yük daşıyacaq. Əvvəllər hücum təyyarəsinin ilk uçuşunun 2022-ci ildə baş tutacağı gözlənilirdi, lakin sonra 2023-cü ilə təxirə salınıb.