İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
11 dəqiqə əvvəlTürkiyənin Azərbaycana təyin etdiyi yeni səfir kimdir?
03 Dekabr 2024 11:48 | Baxış sayı: 270
Türkiyə Azərbaycana yeni səfir təyin edib.
AJMEDİA.İNFO “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlayıb.
Belə ki, bu vəzifəyə Türkiyə Maarif Vəqfinin sədri Birol Akgünün təyin edilməsinə qərar verilib.
O bu vəzifədə Cahit Bağçını əvəz edəcək. Bağçı 2021-ci ilin mayından Türkiyənin Bakıdakı səfiri postunu tutub.
Bununla yanaşı, Türkiyənin Almaniya, Hindistan, İtaliya, Sinqapur və bir neçə digər ölkələrə də yeni səfirləri təyin edilib.