20 Aprel 2025
Türkiyə kəşfiyyatının Suriyada xüsusi əməliyyatı zamanı İŞİD lideri öldürülüb

Türkiyə kəşfiyyatının Suriyada xüsusi əməliyyatı zamanı İŞİD lideri öldürülüb

Türkiyə kəşfiyyatının Suriyada xüsusi əməliyyatı zamanı İŞİD lideri öldürülüb

01 May 2023 18:02 | Baxış sayı: 510

Suriyada Türkiyə kəşfiyyatının xüsusi əməliyyatı zamanı İŞİD qruplaşmasının lideri Əbu Hüseyn əl-Qureyşi öldürülüb.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT Turk telekanalının efirində deyib. Onun sözlərinə görə, Türkiyə terrorçular arasında fərq qoymadan belə təşkilatlara qarşı mübarizəni davam etdirəcək.

İŞİD qruplaşmasının öncəki lideri Əbu Həsən əl-Haşimi əl-Qureyşi 2022-ci il noyabrın 30-da Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu tərəfindən öldürülmüşdü. Bəzi məlumatlara görə, Əbu Həsən əl-Haşimi əl-Qureyşi 2019-cu ildə qruplaşmanın Suriyada öldürülən liderlərindən biri olan Əbu Bəkr əl-Bağdadinin qardaşıdır.