SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlTürkiyə İsveçin NATO-ya daxil olmasını rəsmi olaraq təsdiqlədi
26 Yanvar 2024 15:18 | Baxış sayı: 528
Türkiyə İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu təsdiqləyib.
AJMEDİA.İNFO xəbər verir ki, müvafiq qanunun mətni rəsmi hökumət qəzeti “Resmi Gazete”nin əlavə sayında dərc olunub.
“2022-ci il iyulun 5-də Brüsseldə imzalanmış “İsveç Krallığının Şimali Atlantika Müqaviləsində iştirakı haqqında Protokol”un təsdiq edilməsi məqsədəuyğun hesab edilir. Qanun dərc edildiyi gündən qüvvəyə minir. Bu qanunun müddəaları Prezident tərəfindən təmin edilir”, - mətndə deyilir.
Beləliklə, qəzetdə dərc edildikdən sonra üzvlük protokolu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiq edilmiş sayılır. Daha öncə protokol parlament tərəfindən də təsdiqlənib.