İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlTürkiyə ilə Ermənistan arasında birbaşa hava daşımaları başladı
06 Yanvar 2023 21:29 | Baxış sayı: 428
Türkiyə ilə Ermənistan arasında birbaşa hava daşımaları başlayıb.
“Habertürk”-ün xəbərinə əsasən, bu barədə diplomatik mənbələrdən bildirilib.
Daşınmalar 2023-cü il yanvarın 1-dən etibarən başlanılıb.
Qeyd edək ki, Türkiyə Azərbaycan torpaqlarının işğalına etiraz olaraq 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb və İrəvanla bütün əlaqələrini kəsib.
İkinci Qarabağ müharibəsindən - Azərbaycan torpaqları erməni tapdağından azad olunandan sonra rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılıb.
Yenisabah.az