Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
8 May 2025 13:01Türkiyə bu gündən gəmilərin boğazlardan keçməsi üçün rüsumları artırır
01 İyul 2023 10:02 | Baxış sayı: 594
İyulun 1-dən Türkiyə hökuməti ticarət gəmilərinin Bosfor və Çanaqqala boğazlarından tranziti üçün rüsumları 4,42 ABŞ dollarına qaldıracaq.
Bunu ölkənin nəqliyyat və infrastruktur naziri Abdülqadir Uraloğlu jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, artıq prezidentin sərəncamı əsasında tariflərə hər il yenidən baxılacaq.
Keçən ilin oktyabrından gəmilərin boğazlardan keçməsinə görə ödənişlər xalis tonaj üçün 4,08 ABŞ dolları təşkil edib.
"1983-cü ildən xarici gəmilər üçün xalis ödəniş 0,8063 dollar təşkil edirdi. 7 oktyabr 2022-ci ildə biz onu 4,08 dollara qaldırdıq və indi 2023-cü il iyulun 1-dən 4,42 dollar olacaq”, - nazir bildirib.
A.Uraloğlu vurğulayıb ki, bu qərarı boğazların keçidini tənzimləyən Montrö Konvensiyasının müddəalarına tam uyğundur.