Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
dünən 13:01Temperatur 40 dərəcəyə yüksələcək
05 Avqust 2024 10:48 | Baxış sayı: 338
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki,m cənub-qərb küləyi səhər mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacaq.