SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlTəl-Əvivdə on minlərlə insan mitinq keçirdi
28 May 2023 05:33 | Baxış sayı: 601
İsrailin paytaxtı Təl-Əvivin mərkəzində Benyamin Netanyahu hökumətinin məhkəmə islahatlarına qarşı mitinq keçirilib.
AJMEDİA.İNFO, bu barədə RİA Novosti məlumat yayıb.
İsraildə məhkəmə islahatlarına qarşı kütləvi etirazlar ardıcıl 21-ci həftədir ki, davam edir. Bu şənbə günü təşkilatçılar böyük şəhərlər də daxil olmaqla, ölkə üzrə 150 yerdə mitinq keçirdiklərini elan ediblər.
Təşkilatçıların sözlərinə görə, bugünkü aksiyalarda ümumilikdə 230 minə yaxın insan iştirak edib. Təl-Əvivdəki etiraz aksiyasına müxtəlif hesablamalara görə, 80 minə yaxın fəal toplaşıb.