SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlTBMM İsveçin NATO-ya üzvlük ərizəsini payız sessiyasında təsdiqləyəcək
10 İyul 2023 21:11 | Baxış sayı: 647
İsveçin NATO-ya qəbulu ilə bağlı protokol yaxın vaxtlarda Türkiyə parlamentinə təqdim olunacaq, lakin ölkənin qanunvericilik məclisi bu həftə yay tətilinə getdiyi üçün sənəd, çox güman ki, payız sessiyasında təsdiqlənəcək.
Bu barədə “CNN Türk” telekanalı NATO-nun Baş katibi Yens Stoltenberqin Vilnüsdə Türkiyənin İsveçi mümkün qədər tez bir zamanda alyansa qəbul etməyə razılaşdığını söyləməsindən sonra bildirib.
Türkiyə parlamentinin payız sessiyası oktyabrın 1-də başlayır.