İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlSuriyadakı iki Rusiya bazası üsyançılar tərəfindən mühasirəyə alınıb
08 Dekabr 2024 21:59 | Baxış sayı: 323
Tartusdakı dəniz və Xmeymindəki hava bazası Suriya müxalifət qüvvələri tərəfindən mühasirədədi. Qeyri-rəsmi məlumatlara görə, ruslara Suriyanı tərk etmək üçün iki gün vaxt verilib.
Rusiyanın 5 hərbi gəmisi artıq Tartusdan çıxıb və Aralıq dənizindədir.
Xmeymimin şəxsi heyətinə gəlincə, orada onlarla təyyarə və helikopterdən başqa, xeyli sayda digər hərbi texnika da var. Regional əhəmiyyət kəsb edən hərbi kəşfiyyat və rabitə vasitələri xüsusi əhəmiyyətə və dəyərə malikdir.
Müşahidəçilər hesab edir ki, bütün bu texnikanı hava ilə çıxarmaq mümkün deyil və evakuasiya zamanı üsyançılar tərəfindən zəbt ediləcək, yada ruslar tərəfindən partladılacaq.
Dekabrın 7 və 8-də şəxsi heyəti təxliyə etmək üçün dörd agır nəqliyyat təyyarəsi Xmeymim şəhərinə gəldi.
Üsyançılar icazə verərsə, döyüş təyyarələri İran vasitəsilə Rusiyaya qayıda bilər.