03 May 2025
Sumqayıtda və bu ərazilərdə 3 gün SU OLMAYACAQ - TARİXLƏR

Sumqayıtda və bu ərazilərdə 3 gün SU OLMAYACAQ - TARİXLƏR

Sumqayıtda və bu ərazilərdə 3 gün SU OLMAYACAQ - TARİXLƏR

30 Aprel 2025 16:00 | Baxış sayı: 263

Sabahdan etibarən Sumqayıt şəhərini içməli su ilə təmin edən kəmərdə aparılacaq təmir işləri ilə əlaqədar olaraq şəhərin bəzi ərazilərində, həmçinin Müşfiqabad, Atyalı və 28 May qəsəbələrinin bir hissəsində suyun verilməsində müvəqqəti fasilə yaranacaq.


AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.


Bildirilib ki, təmir işləri mayın 3-ü axşam saatlarında başa çatdırılacaq və həmin vaxtdan etibarən suyun verilməsi əvvəlki rejimlə bərpa olunacaq.