03 May 2025
Ronaldo meydançada qəribə hərəkətlər etdi - Dəli olub? + VİDEO

Ronaldo meydançada qəribə hərəkətlər etdi - Dəli olub? + VİDEO

Ronaldo meydançada qəribə hərəkətlər etdi - Dəli olub? + VİDEO

01 May 2025 15:40 | Baxış sayı: 230

Kriştiano Ronaldonun da formasını geyindiyi "Əl-Nəsr" ötən gün Asiya Çempionlar Liqasının yarımfinalında Yaponiya "Kavasaki Frontala"sına 2:3 hesabı ilə uduzub. 40 yaşlı hücumçunun həmin oyundakı hərəkətləri dünya mediasında gündəmə çevrilib.


AJMEDİA.İNFO xəbər verir ki, Ronaldonun meydanın ortasında öz-özünə danışmağı diqqət çəkib. Həmçinin o, qəribə hərəkətlər edib.


Tribunadakı azarkeşlərdən biri portuqaliyalı forvardın videosunu çəkib və sosial şəbəkələrdə paylaşıb. Bu video qısa müddət ərzində yüzminlərlə insan tərəfindən izlənilib və dünya futbolunun gündəmini dəyişib.


Qeyd edək ki, Ronaldo 2022-ci ilin dekabr ayının 30-da "Əl-Nəsr"ə keçib. O, cari mövsüm 38 oyuna çıxıb, 33 qol vurub və 4 qolun ötürməsini verib.