03 May 2025
Çempionlar Liqasında həftənin oyunçusu seçildi

Çempionlar Liqasında həftənin oyunçusu seçildi

Çempionlar Liqasında həftənin oyunçusu seçildi

02 May 2025 14:54 | Baxış sayı: 202

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu ada İtaliyanın “İnter” klubunun futbolçusu Denzel Dumfris layiq görülüb. O, bu mükafat uğrunda mübarizədə Fransa PSJ-sinin oyunçusu Vitinyanı qabaqlayıb.

Denzel Dumfris yarımfinalın İspaniya “Barselona”sı ilə ilk oyununda (3:3) iki qol və bir məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, “İnter”lə “Barselona” arasında cavab oyunu mayın 6-da Milanda keçiriləcək.