Pensiya yaşı azaldıldı - Bu şəxslər artıq...
15 saat əvvəlİsrail “Hizbullah”ın xüsusi təyinatlılarını MƏHV ETDİ
02 May 2025 12:11 | Baxış sayı: 248
İsrail Müdafiə Qüvvələri (SAXAL) Livanın cənubunda “Hizbullah” qruplaşmasının iki üzvünü zərərsizləşdirdiyini açıqlayıb.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə məlumat ordunun rəsmi bəyanatında yer alıb.
Bəyanata əsasən, “Hizbullah”ın xüsusi təyinatlı “Radvan” dəstəsinin üzvü Mays-əl-Cəbəl bölgəsində dron zərbəsi ilə məhv edilib.
Hərbi komandanlıq bildirib ki, həmin şəxslərdən biri İsrail sərhədi yaxınlığında kəşfiyyat məlumatları toplayırmış və onun fəaliyyəti təhlükə mənbəyi kimi qiymətləndirilib.
İsrail ordusunun məlumatına görə, əməliyyatlar Livanda mövcud olan “Hizbullah” infrastrukturuna qarşı yönəlmiş genişmiqyaslı tədbirlərin bir hissəsidir.