Pensiya yaşı azaldıldı - Bu şəxslər artıq...
15 saat əvvəlİsrail və Türkiyəni qarşı-qarşıya qoyacaq yeni həmlə – Bakı detalı
02 May 2025 18:26 | Baxış sayı: 308
Suriyada druzların məskunlaşdığı Dəməşq ətrafı bölgələrdə iki gün davam edən silahlı toqquşmalardan sonra atəşkəs razılaşması qüvvəyə minib. Məlumata görə, Suriya rəsmiləri ilə druz icmasının ağsaqqalları arasında Dəməşq yaxınlığında görüş keçirilib. Nəticədə 20-yə yaxın Suriya hərbçisinin ölümü ilə nəticələnən insidentin təşkilatçılarının hüquq-mühafizə orqanlarına təhvil verilməsi barədə razılıq əldə olunub.
Druz liderlərindən birinin Məhəmməd peyğəmbəri təhqir etməsi ilə başlayan gərginlik, Suriya hökumətinin əraziyə qüvvə göndərməsindən sonra silahlı qarşıdurmaya çevrilib. Həmçinin İsrail hökumətinin bölgədəki druzların müdafiəsinə qalxdığı və Dəməşqə qarşı onların mövqeyini dəstəklədiyi açıqlanıb.
Bu gərginlik hara qədər davam edəcək? Suriya ətrafında yeni müharibə gözlənilirmi?