Pensiya yaşı azaldıldı - Bu şəxslər artıq...
15 saat əvvəlPolis məşhur qrupun gitaristini güllələdi - FOTO
02 May 2025 13:11 | Baxış sayı: 191
ABŞ-nin məşhur "Possessed" rok qrupunun gitaristi polis tərəfindən güllələnərək öldürülüb.
AJMEDİA.İNFO dailymail-ə istinadla xəbər verir ki, San-Fransiskoda "Possessed" qrupunun üzvü, 60 yaşlı Brian Montana qonşusu ilə ağac budaqları üstündə dalaşıb. O, silah çıxardaraq qonşusunu hədələyib və hadisə yerinə gələn polisə atəş açıb. Bu səbəbdən polis onu zərərsizləşdirib.
Rəsmi məlumata görə, Brian Montana evinin yaxınlığında üç fərqli silahla yarım saat ərzində polislərə atəş açıb.
Polis bildirib ki, onlar 6 radələrində məlumat alıblar və hadisə yerinə çatanda Montananın qonşusuna atəş açdığını görüblər. Daha sonra o, həyətdə gizlənərək polisə tapança, tüfəng və avtomatla atəş açıb. Hadisə zamanı bir qonşu da yaralanıb, ancaq vəziyyəti ağır deyil, polislər isə xəsarət almayıb.
Possessed qrupu sosial şəbəkədə Montana üçün "İnşallah rahat yat, Brian" paylaşımı edib.
İstintaq davam edir və yaxın günlərdə hadisənin video və səs yazıları ictimaiyyətə təqdim olunacaq.(milli.az)