Pensiya yaşı azaldıldı - Bu şəxslər artıq...
17 saat əvvəlQuru sərhəd açılır - Tarix bilindi
01 May 2025 14:11 | Baxış sayı: 309
Bakı-Tbilisi sərnişin qatarının fəaliyyəti mayın sonunda bərpa ediləcək.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə trend-ə Gürcüstan hökumətindəki mənbə məlumat verib.
“Azərbaycan və Gürcüstan arasında Bakı-Tbilisi-Bakı istiqaməti üzrə qatar reysləri may ayının sonunda bərpa ediləcək”, – mənbə bildirib.
Mənbənin sözlərinə görə, dəqiq tarix hələki məlum deyil, bu istiqamətdə tərəflər arasında danışıqlar davam edir.
Xatırladaq ki, 2020-ci il martın 31-dən koronavirus infeksiyasına görə tətbiq olunmuş xüsusi karantin rejimi ölkəyə giriş-çıxışa məhdudiyyət qoyur – quru sərhədlər bağlıdır. 2025-ci il martın 18-də Nazirlər Kabineti xüsusi karantin rejimini iyulun 1-dək uzadıb.