03 May 2025
Liderləri Bakıya gətirən səbəb nədir? - Tarixi görüş baş tuta bilər

Liderləri Bakıya gətirən səbəb nədir? - Tarixi görüş baş tuta bilər

Liderləri Bakıya gətirən səbəb nədir? - Tarixi görüş baş tuta bilər

02 May 2025 09:04 | Baxış sayı: 372

Məlum olduğu kimi aprelin 28-də İran Prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi səfərə etdi. Səfər çərçivəsində 2 ölkə arasında bir sıra mövzularla bağlı danışıqlar aparıldı. Ötən gün yayılan məlumata görə isə İsrailin Baş naziri Benyamin Netanyahunun da Bakıya 5 günlük səfəri gözlənilir. Baş nazirin ofisinin yaydığı məlumata görə, Netanyahu mayın 7-də Azərbaycana səfər edəcək. Onun mayın 11-də İsrailə qayıdacağı bildirilir.

Maraqlıdır ki, mayın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da ölkəmizə səfəri gözlənilir. Eyni zamanda, həmin müddətdə İsrail Baş nazirinin də ölkəmizdə səfərdə olması diqqət çəkir. Bəs bu liderlərin Bakıda görüşü baş tuta bilərmi?