20 Aprel 2025
Sumqayıtda silahlı hücum - Ölən və yaralananlar var

Sumqayıtda silahlı hücum - Ölən və yaralananlar var

Sumqayıtda silahlı hücum - Ölən və yaralananlar var

28 Oktyabr 2023 05:04 | Baxış sayı: 734

Sumqayıtda evə silahlı hücum olub, ölən və yaralananlar var.

Hadisə 16 mikrorayonda yerləşən Corat bağları yaşayış massivində, fərdi yaşayış evində baş verib.

Belə ki, evə silahlı hücum zamanı ailənin 2 üzvü - Dağbəyi Fərəcov, Suzana Karakaş hadisə yerində ölüblər. İnsident zamanı Türkiyə vətəndaşları - Karakaş Yağmur və Karakaş Cansu, həmçinin Tərlan Fərəcov yaralanıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadası cəlb olunub.

Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.//Report