SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlSumqayıtda gimnaziyanın vəzifəli şəxslərinə cinayət işi açıldı
13 Fevral 2024 19:11 | Baxış sayı: 579
Sumqayıt şəhər internat tipli gimnaziyada mənimsəmə olub, cinayət işi başlanıb.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Sumqayıt Şəhər Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Elm və Təhsil Nazirliyinin Sumqayıt şəhər internat tipli gimnaziyanın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında şəhər prokurorluğunda araşdırma aparılıb:
“Araşdırmalarla təhsil müəssisəsinin vəzifəli şəxslərinin 2021-2023-cü illər ərzində xeyli miqdarda dövlət əmlakını mənimsəməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə və rəsmi sənədlərə bilərəkdən yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığına yol verməsinə əsaslı şübhələr yaranıb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır”.