Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
8 May 2025 13:01Sudan genişmiqyaslı vətəndaş müharibəsi astanasındadır
09 İyul 2023 23:23 | Baxış sayı: 468
Sudan bütün regionda sabitliyi poza biləcək genişmiqyaslı vətəndaş müharibəsinin astanasındadır.
Bunu BMT Baş katibinin mətbuat katibinin müavini Fərhan Haq deyib.
Onun sözlərinə görə, dünya təşkilatının rəhbəri Antoniu Quterreş ən azı 22 nəfərin ölümü ilə nəticələnən Sudanın Omdurman şəhərinə hava hücumunu pisləyib.
O bildirib ki, təşkilat rəhbəri silahlı qüvvələr arasında davam edən müharibənin Sudanı genişmiqyaslı vətəndaş müharibəsi astanasına gətirməsindən və bütün regionu potensial olaraq sabitliyi pozmasından çox narahatdır.