SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlSosial mediada aktiv olan bürclər: Onlar heç nəyi gizlədə bilmir
11 May 2023 07:33 | Baxış sayı: 533
Bəzi insanların aktiv həyat tərzləri var və onlar sosial media hesablarında hər anlarını paylaşmağı sevirlər. Astrologiyada da heç nəyi gizli saxlaya bilməyən bürclər mövcuddur.
AJMEDİA.İNFO bu dəfə həmin bürclərlə bağlı məlumatı təqdim edir.
Əkizlər bürcü – Əyləncəni çox sevirlər. Onların həyəcanlarını, xoşbəxtliklərini bölüşməkdən xoşları gəlir. Ünsiyyət qurmağı yaxşı bacarırlar və özlərini rahat ifadə edirlər. Bu baxımdan sosial mediada aktiv ola bilirlər.
Şir bürcü - Onların şəxsiyyəti, davranışı və ifadə tərzi insanları asanlıqla cəlb edir. Sosial şəbəkələrdən də çox istifadə edirlər. Bu baxımdan bir çox paylaşım edə bilirlər.
Oxatan bürcü - Danışmağı sevirlər. Söhbət zamanı onlar mühüm məsələlər, fəlsəfə, dəyərlər və inanclar haqqında danışa bilərlər. Müzakirə etdikləri məsələlərlə bağlı səmimi fikirlər söyləyirlər. Bu isə bəzən onların həddən artıq paylaşım etmələrinə gətirib çıxarır.
Dolça bürcü - Yeni ideyalardan danışmaq məsələsində çox həvəsli olurlar. Nə deyəcəklərini və ya edəcəklərini təxmin etmək çətin ola bilər, çünki onlar kortəbii hərəkət edirlər. İnsanlarla ünsiyyəti sevirlər və ona görə də paylaşımlarla araları yaxşıdır.
Qoç bürcü - Son dərəcə açıq sözlü və impulsivdirlər. Adətən ağıllarına gələni söyləyirlər və insanları asanlıqla incidə bilərlər. Qoçlar çox vaxt hisslərini və fikirlərini gizlədə bilmirlər, bu da onları həddən artıq paylaşmağa vadar edir.
Buğa, Xərçəng, Qız, Tərəzi, Əqrəb, Oğlaq və Balıqlar adətən sakit olurlar.(sfera.az)