SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlSON DƏQİQƏ! Qax, Zaqatala və Balakəndə ƏMƏLİYYAT: Dəstə tutuldu
04 Fevral 2025 12:43 | Baxış sayı: 618
Balakəndə polis əməkdaşları tərəfindən saxta spirtli içkilər hazırlayaraq satışını təşkil edən dəstə üzvlərinə qarşı əməliyyat keçirilib.
DİN-dən Musavat.com-a verilən məlumata görə, əməli törətməkdə şübhəli bilinən 5 nəfər müəyyən olunub.
Onlara məxsus Balakən, Zaqatala, Qax və Masazır qəsəbəsində yerləşən saxlanc yerlərinə baxış keçirilərkən xeyli sayda saxta spirtli içkilər, yerli və xarici əmtəə nişanı etiketləri, qapaqlar, qidada istifadəsi nəzərdə tutulmayan texniki spirt, eləcə də digər avadanlıqlar aşkarlanıb.