20 Aprel 2025
SON DƏQİQƏ! Bakıda GÜCLÜ PARTLAYIŞ - YARALI VAR + FOTO

SON DƏQİQƏ! Bakıda GÜCLÜ PARTLAYIŞ - YARALI VAR + FOTO

SON DƏQİQƏ! Bakıda GÜCLÜ PARTLAYIŞ - YARALI VAR + FOTO

10 Dekabr 2023 09:03 | Baxış sayı: 694

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən AJMEDİA.İNFO-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Abşeron Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.


Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 47m² olan üçotaqlı mənzilin eyvanında, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub.

Hadisə zamanı eyvanın pəncərə çərçivələri yerindən çıxıb, 2 otağın pəncərələri qırılıb.

Hadisə nəticəsində mənzilin sahibi 1953-cü il təvəllüdlü İbadova Lyudmila Viktorovna xəsarət alıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

(Oxu24.com)