İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
6 saat əvvəlSisi Türkiyədən qayıtdıqdan sonra 151 nəfəri azad etdi
07 Sentyabr 2024 15:40 | Baxış sayı: 278
Misir administrasiyası 151 nəfər məhbusu azad edib.
Publika.az xəbər verir ki, amnistiya “Milli Dialoq Şurası”nın tövsiyəsinə uyğun olaraq, prezident Əbdülfəttah əs-Sisinin təsdiqi ilə həyata keçirilib.
Azadlığa buraxılan şəxslərin hansı ittihamlarla saxlandığı barədə məlumat xəbərlərdə yer almayıb.
Qeyd edək ki, Sisi 2023-cü il aprelin 21-də ölkədə siyasi dialoqa başlamaq niyyətində olduğunu, daha sonra isə 24 aprel 2023-cü ildə Əfv Komitəsinin fəaliyyətə başladığını və Milli Dialoq Şurası yaradıldığını bildirib.
Həmin tarixdən etibarən məhkəmə qərarı və ya prezidentin amnistiyası ilə azadlığa çıxanların sayı 1000-i ötüb.