SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlSeysmoloqdan qorxulu XƏBƏRDARLIQ: 7 baldan yuxarı zəlzələ ola bilər - VİDEO + FOTO
02 Yanvar 2024 07:56 | Baxış sayı: 615
Xəbər verdiyimiz kimi, Türkiyənin Tunceli əyalətinin Pülümür rayonunda 4,2 bal gücündə zəlzələ baş verib.
AJMEDİA.İNFO musavat.com-a istinadən bildirir ki, zəlzələdən sonra türkiyəli alim, seysmoloq Naci Görür sosial media platformasında açıqlamalar verib.
"Süleymanuşağı Pülümürdə (Tunceli) 4,2 bal gücündə zəlzələ olub. Bu zəlzələ bizim ən çox qorxduğumuz və diqqət çəkdiyimiz Yedisu fayında baş verdi. Bu fay qırılmağa və 7 baldan çox zəlzələ yaratmağa hazırdır", - Seysmoloq deyib.
O, bir müddətdir Tunceli və Pülümürü izlədiyini bildirib:
"Bu bölgədəki yaşayış məntəqələrinə diqqət yetirilməli və lazımi ehtiyat tədbirləri görülməlidir. Zəlzələyə davamlı şəhərlər istəyirik".