SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlSerxio Ramos "Qalatasaray"a yox, bu kluba keçir - Fantastik məbləğdə MAAŞ ALACAQ
03 Sentyabr 2023 11:59 | Baxış sayı: 572
Serxio Ramosa Səudiyyə Ərəbistanından sərfəli təklif gəlib.
AJMEDİA.İNFO fanat.az-a istinadən xəbər verir ki, informasiyanı tanınmış insayder Nikola Skira yayıb.
Mənbənin məlumatına görə, "Əl-İttihad" 37 yaşlı ispaniyalı ilə anlaşmağa yaxındır. Səudiyyə klubu veteran futbolçu uğrunda mübarizədə Türkiyənin "Qalatasaray"ını qabaqlayır. Ramosun Səudiyyə Ərəbistanına keçəcəyi təqdirdə maaşı ildə 20 milyon avroya çata bilər. Mərkəz müdafiəçisinin müqaviləsi iki illik olacaq.
Bu keçid baş tutsa, Serxio Ramos "Əl-İttihad"da uzun illər "Real Madrid"də birgə çıxış etdiyi hücumçu Kərim Benzema ilə yenidən bir araya gələcək.