20 Aprel 2025
Seneqal diplomatik nümayəndəliklərini bağlayıb

Seneqal diplomatik nümayəndəliklərini bağlayıb

Seneqal diplomatik nümayəndəliklərini bağlayıb

06 İyun 2023 22:25 | Baxış sayı: 585

Seneqalın dünya üzrə diplomatik nümayəndəlikləri bu missiyaların bəzilərinə qarşı son zorakılıq aktları səbəbindən müvəqqəti olaraq bağlanıb.

Bu barədə Seneqal Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Bu addım Seneqalın Paris, Bordo, Milan və Nyu-Yorkdakı diplomatik nümayəndəlikləri və konsulluqlarına qarşı bir sıra zorakı hərəkətlərdən sonra atılıb", - Nazirliyin məlumatında deyilir.

Xarici İşlər Nazirliyi qeyd edib ki, konsulluqlar təhlükəsizlik üçün şərait bərpa olunan kimi yenidən fəaliyyət göstərəcək.

Qeyd edək ki, Seneqalda iyunun 1-də və 2-də iğtişaşlarla müşayiət olunan böyük nümayişlər keçirilib. Nümayişçilərlə hüquq-mühafizə qüvvələri arasında toqquşma nəticəsində 16 nəfər həlak olub, 360 nəfər yaralanıb. Polis 500 nəfəri saxlayıb.