Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
8 May 2025 13:01Şahnaz Bəylərqızı həbsdə qaldı
13 Fevral 2025 17:11 | Baxış sayı: 385
“Toplum TV”nin əməkdaşı, jurnalist Şahnaz Bəylərqızı həbsdən buraxılmayıb.
AJMEDİA.İNFO-nun məlumatına görə, vəkili qərarın ləğv edilməsini və jurnalistin sərbəst buraxılmasını tələb edən şikayət vermişdi.
Şikayətə bu gün Bakı Apellyasiya Məhkəməsində baxılıb.
Məhkəmə işin indiki vəziyyətində dəyişiklik olmadığını əsas gətirərək şikayəti təmin etməyib.
Qərara əsasən, birinci instansiya məhkəməsinin 3 ay 15 günlük həbs qətimkan tədbiri qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, Şahnaz Bəylərqızı fevralın 2-sində həbs edilib. O, qaçaqmalçılıq və digər cinayətlərdə ittiham edilir.