SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlSabah hava necə olacaq? - PROQNOZ
04 İyul 2024 09:16 | Baxış sayı: 417
İyulun 5-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə AJMEDİA.İNFO-ya Milli Hidrometeorologiya İdarəsindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Cənub-şəq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacaq.