Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
8 May 2025 13:01Rusiyanın Buxarestdəki səfirliyinin əməkdaşları Rumıniyanı tərk edir
01 İyul 2023 07:11 | Baxış sayı: 564
Rusiyanın Buxarestdəki səfirliyinin əməkdaşları ölkə hakimiyyətinin diplomatik missiyanın işçilərinin sayını azaltmaq tələbi ilə əlaqədar iyulun 1-də Rumıniya ərazisini tərk edəcəklər.
Bu barədə Rumıniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Diplomatik nümayəndəliyin 40 əməkdaşının ailə üzvləri ilə birlikdə ölkəni tərk edəcəyi dəqiqləşib. Ümumilikdə 80 nəfər ölkəni tərk edəcək.
İyunun 8-də məlum olub ki, Rumıniya Rusiya səfirliyinin 50-dən çox əməkdaşını ölkədən çıxarmaq qərarına gəlib. Bəyanatda deyilir ki, 21 diplomat, 30 texniki və inzibati heyət Rumıniyanı tərk etməlidir. Onlara 30 gün ərzində tərk etmək əmri verilib.