Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
8 May 2025 13:01Rusiyada dəmir yolu xətti yenidən partladılıb
02 May 2023 19:00 | Baxış sayı: 660
Rusiyanın Bryansk vilayətində naməlum şəxslər yenidən dəmir yolu xəttini partladıb.
Bu barədə RBC və “112” teleqram kanalı məlumat yayıb.
Rusiya Dəmir Yolları bildirib ki, hadisə nəticəsində 20 yük vaqonları relsdən çıxıb.
Məlumata görə, hadisə yerli vaxtla 19:47-də (Bakı vaxtı ilə 20:47) baş verib. Olay itkilərə və yanğına yol açmayıb.
“SHOT” və “Baza” teleqram kanallarının məlumatına görə, üç partlayış səsi eşidilib. Təxminən 70 vaqonun olduğu qatar Bryanskdan Karaçevə gedirmiş. Onun nə daşıdığı dəqiqləşdirilməyib.
Xatırladaq ki, ötən gün Bryansk vilayətində “naməlum qurğu”nun partlaması nəticəsində neft məhsulları və taxta-şalban daşıyan qatarın relsdən çıxması barədə məlumat yayılmışdı.