Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
dünən 13:01Rusiyada daha bir general həbs edildi
05 Avqust 2024 15:17 | Baxış sayı: 301
Rusiya Federasiyası Müdafiə Nazirliyinin İnnovativ İnkişaf Baş İdarəsinin rəis müavini, general-mayor Vladimir Şesterov saxlanılıb.
Bu barədə “ Sledkom” Teleqram kanalı məlumat yayıb.
“İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi FTX-nin əməliyyat dəstəyi ilə Müdafiə Nazirliyinin, eləcə də “Patriot” parkı və sərgi mərkəzinin vəzifəli şəxslərinə qarşı dələduzluq maddəsi ilə cinayət işini araşdırır. Cinayət işi çərçivəsində Vladimir Şesterov və park direktoru Vyaçeslav Əhmədov saxlanılıb”, - məlumatda bildirilib.