Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
8 May 2025 13:01Rusiya SQ Xersonu atəşə tutub, 3 nəfər ölüb, 5 nəfər yaralanıb
02 May 2023 19:13 | Baxış sayı: 634
Rusiya Silahlı Qüvvələrinin (SQ) Xerson şəhərini və vilayətini atəşə tutması nəticədə 3 nəfər ölüb, 5 nəfər yaralanıb.
Bu barədə “RBC-Ukraina” Xerson Vilayət Prokurorluğuna istinadən məlumat yayıb.
“Rusiya hərbi qüvvələri mayın 2-də Xerson şəhərini və regionun Belozerski icmasının bir sıra kəndlərini atəşə tutub”, - qeyd edilib.
İlkin məlumata görə, Rusiya SQ mülki əhalini atəşə tutub və hava zərbələri endirib. Xüsusilə mülki infrastruktur obyektlərinə, o cümlədən yaşayış binalarına, nəqliyyat vasitələrinə ziyan dəyib.